05:24
20 12 2020

Qar altında qalan şəxs 10 saat sonra xilas edildi

ABŞ-ın Nyu-York Ştatının Tioqa şəhərində qar altında qalan şəxs 10 saat sonra xilas edilib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Kevin Kresen adlı şəxs avtomobili ilə birlikdə qarın altında qalıb. Avtomobilin istilik sisteminin çalışmaması K.Kresenin vəziyyətini daha da çətinləşdirir. Lakin bölgənin təhlükəsizlik orqanları avtomobili çətinliklə də olsa tapa bilib və K.Kresen xilas edilib.
O, müalicə üçün xəstəxanaya çatdırılıb.

NEWS FEED