10:46
30 09 2022

Rusiya vətəndaşlarının Özbəkistana axın etməsi ilə bağlı açıqlama

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) ölkə ərazisinə rusiyalıların axın etməsi ilə əlaqədar məsələyə aydınlıq gətirib.

“Özbəkistan Respublikasının ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının sayının artması ilə əlaqədar qeyd edirik ki, onların ölkəmizdə olması məsələsi Özbəkistanın qanunvericiliyi, ikitərəfli və çoxtərəfli hüquqi aktlar, o cümlədən onların mümkün ekstradisiyası ilə tənzimlənir”.

Bildirilir ki, hüquq pozuntusu törətməyən xarici ölkə vətəndaşları məcburi deportasiyaya məruz qalmır.

Eyni zamanda əlavə edilib ki, Özbəkistan Respublikası öz xarici siyasətinin milli maraqlar, fundamental prinsiplər, o cümlədən açıqlıq, bərabərlik, suverenlik, ərazi bütövlüyünə hörmət, digər dövlətlərin daxili işlərinə qarışmama prinsipləri əsasında həyata keçirilməsinə daim sadiqdir.


© TASS

NEWS FEED