121
10:06
30 09 2022
Rusiyanın ölkədən çıxardığı yapon diplomat yoxa çıxıb?
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Vladivostokdan qovulan konsul Motoki Tatsunorinin sentyabrın 28-də Rusiyanı tərk etdiyini, lakin hələ də ölkəyə gəlmədiyini bildirib. “Diplomat Rusiyanı ayın 28-də tərk edib, lakin hələ Yaponiyaya gəlməyib. Vəziyyətin mahiyyətinə görə təfərrüat verməyəcəm”, - deyə nazir bildirib. Xatırladaq ki, sentyabrın 26-da Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Tatsunori məxfi məlumat topladığı iddiası ilə “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.