13:15
29 09 2022

Pentaqon: “Rusiya tarixi boyu yalnız iki dəfə səfərbərlik elan edib, bu da çox şeydən xəbər verir”

“Rusiya bütün tarixi boyu cəmi iki dəfə səfərbərlik elan edib. ABŞ əmindir ki, bu, ukraynalıların Rusiya üçün yaratdığı problemlərdən xəbər verir”.

Bu fikirləri Pentaqonun adı açıqlanmayan rəsmisi bildirib. 


“Bundan əvvəl onlar iki dəfə - 1914 və 1941-ci illərdə səfərbərlik elan ediblər. Onların indi içində olduqları vəziyyəti nəzərə alsaq, eyni zamanda bu durumu Birinci və İkinci Dünya müharibələri ilə müqayisə etsək, bu, ukraynalıların Rusiya ordusuna nə edə biləcəyini göstərir”, - deyə ABŞ rəsmisi qeyd edib.

Qeyd olunur ki, rusiyalılar 300 min nəfərin səfərbər olunması planına müsbət reaksiya verməyiblər. Pentaqon rəsmisinin sözlərinə görə, bu, Rusiya Federasiyasının tarixində ilk dəfə deyil ki, mülki şəxslər arasından döyüşçülər cəlb edilir.

Gözlənilir ki, bu qədər mülki vətəndaşın səfərbərliyi zamanı Rusiya bir çox problemlərlə üzləşə bilər. İnternetdə yayılan xəbərlərdə qeyd edilir ki, bir çox təlimatçılar müharibədə olduqları üçün yeni səfərbər olunanlar cəmi bir günlük təlimdən sonra cəbhəyə göndərilirlər.

“Mən Silahlı Qüvvələrimizdə hazırlığın səviyyəsi barədə düşünürəm və başa düşürəm ki, bu... tamamilə qeyri-adekvat addımdır”, - deyə Pentaqon rəsmisi fikrini yekunlaşdırıb.


© UNİAN

NEWS FEED