13:29
29 09 2022

Ukraynalıların kütləvi basdırıldığı yerdən

Son günlər Ukrayna Ordusunun Xarkov vilayəti istiqamətində azad etdiyi ərazilərdə ard-arda kütləvi məzarlıqlar aşkarlanır. Rusiya hərbçiləri bu ilin yazında Xarkov vilayətinə hücum zamanı yaşayış məntəqələrindəki döyüşlərdə, eləcə də sonradan işğal müddətində öldürülənlərin küçələrdə qalan meyitlərini yığıb müxtəlif meşə massivlərində kütləvi basdırıblar. Onlar adları ilə yox, sıra nömrələri ilə qeyd olunublar. 

Ukrayna Ordusu isə həmin əraziləri azad etdikdən sonra İzyum və Kupinsk rayonları ətrafında aşkar olunan kütləvi məzarlıqlardakı meyitlər oradan daşınıb. 

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda olub.

İzyum ətrafında, bu məzarlıqların birinin qonşuluğundakı qəsəbədə yaşayan sakinlər - Raisa və Nadejda şahidi olduqlarını Baku TV-yə danışıblar.

“Həmin gün (Rusiya hücum edəndə) qudam da güllələndi. Bilinmədi, kim güllələdi. Onu kütləvi də basdırmadılar, arvadına təhvil verdilər. Tanışımın əri də ölənlər arasında idi, onu isə kütləvilər arasında basdırdılar. Yanımızdakı meşədə 500-ə qədər meyiti adsız, nömrə ilə basdırdılar. Bütün bu vaxtı bu kütləvi məzarlıqlarla qonşuluqda yaşamışıq. Rusların onları yük maşınları ilə gətirib necə xəndəklərə basdırdıqlarını gördük”, - deyə Raisa Parşina deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində Rusiya Ordusunun işğalı zamanı salınmış daha iki kütləvi məzarlığın aşkar olunduğunu açıqlayıb.

Ətraflı videonu təqdim edirik:

NEWS FEED