85
13:44
29 09 2022
Çavuşoğlu Yunanıstanı hədələdi
Yunanıstanın hərbisizləşdirilmiş Lesbos və Samos (Midili və Sisam) adalarına ABŞ istehsalı olan zirehli maşınlar göndərməsindən sonra Afinanın təxribatlarına Ankaradan reaksiyalar bir-birinin ardınca gəlməkdə davam edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib. “Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq”, - deyə o bildirib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı televiziya proqramında Yunanıstanla bağlı açıqlamalar verərək, ABŞ-ın hərəkətini qəbuledilməz adlandırıb. © Sabah