106
12:01
29 09 2022
Rusiyanın işğalı altında olan Melitopolda güclü partlayış olub
Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub. Bu barədə şəhərin meri İvan Fedorov özünün “Telegram” kanalında xəbər verib. “Melitopolun sənaye və iqtisadi kollecinin yaxınlığındakı yaşayış massivində güclü partlayış baş verib”, - deyə o bildirib. İlkin məlumata görə, avtomobil partlayıb. “Biz detallarını dəqiqləşdiririk”, - deyə Fedorov əlavə edib. Yerli mediada yayılan məlumata görə, kollecin binasında təhsil departamentinin rəhbəri Yelena Şapurova oturur, partlayan maşın da ona məxsusdur. © “RBK” Ukrayna