



Çexiyada meymunçiçəyinə yoluxan ilk şəxs ölüb
Çexiyada meymun çiçəyi diaqnozu qoyulan ilk xəstə ölüb. Ölkənin Səhiyyə Nazirliyinin məlumata görə, xəstə İspaniyada tətildə olarkən yoluxub. Onun bir sıra başqa xəstəlikləri də, o cümlədən HİV və pnevmoniyası da olub. Xatırladaq ki, Çexiya meymunçiçəyi xəstəsinin ölümünün qeydə alındığı üçüncü Avropa ölkəsidir. Rəsmi məlumatlara görə, indiyədək ölkədə 55 yoluxma halı qeydə alınıb. © life.ru