



“Ostankino” teleqülləsində bomba həyəcanı
Naməlum şəxslər Moskvadakı Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə məlumat veriblər.“Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Məlumat mütəxəssislər tərəfindən yoxlanılıb, təsdiqini tapmayıb - heç bir təhlükəli əşya aşkar edilməyib”, - deyə paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.Qeyd edək ki, bundan öncə də dəfələrlə teleqüllədə partlayıcı qurğuların yerləşdirilməsilə bağlı saxta məlumatlar qeydə alınıb.Mənbə: TASS