107
23:12
21 09 2022
ABŞ səfiri Rusiya “referendum”u və səfərbərliyi barədə: “Bu, zəiflik və uğursuzluq əlamətidir”
“Rusiyada səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumlar Rusiya Federasiyasının zəifliyinin əlamətidir. Bu, eyni zamanda Rusiyanın açıq müharibədə uğursuzluğunun da göstəricisidir”.Bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink öz “Twitter” hesabında yazıb.“Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyinin, uğursuzluğunun əlamətləridir. ABŞ Rusiyanın Ukrayna ərazisini ilhaq etmək iddialarını heç vaxt qəbul etməyəcək”, - deyə diplomat qeyd edib.Bundan əlavə, Brink vurğulayıb ki, ABŞ nə qədər lazımdırsa, o qədər də Ukraynaya dəstəyini və köməyini davam etdirəcək.Mənbə: RBK-Ukrayna