17:38
21 09 2022

Türkiyənin kurort şəhərində meşə yanğını başlayıb - VİDEO

Türkiyənin kurort şəhəri Muğlada meşəlik ərazidə yanğın başlayıb.

Marmaris rayonunda naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə daha geniş əraziyə yayılıb.

Təbii fəlakət bölgəsinə 15 helikopter, səkkiz təyyarə, 40 yanğınsöndürən maşın, 500 meşə işçisi cəlb edilib.

Səmanı bürüyən tüstü rayon mərkəzinin bir çox nöqtəsindən görünür.


© Anadolu

NEWS FEED