323
14:02
20 12 2021
Vuçiç: “Avropanın bir hissəsində enerji xaosu hökm sürür”
“Avropada enerji ilə bağlı vəziyyət pisləşir, qitənin bir hissəsində tam xaos hökm sürür”.
Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Onun sözlərinə görə, Serbiyada hər kəsi elektriklə təmin etmək mümkün olub, bu mənada ölkədə vəziyyət stabildir.
“Biz bir qədər sakitləşə bilərik, baxmayaraq ki, Avropanın əhəmiyyətli bir hissəsinə enerji xaos hələ indi gəlir. Bunu bütün birjalarda, bütün qiymətlər üzrə görmək mümkündür”, - deyə o bildirib.
© İzvestiya