298
19:41
19 12 2021
Filippində qasırğa yüzdən çox can aldı
Filippinin mərkəzi və cənub-şərqini bürüyən “Rai” qasırğasının yaratdığı fəlakətdə ölənlərin sayı 121-ə yüksəlib.
Sürəti saatda 195 kilometrə çatan külək bir çox bölgədə elektrik enerjisinin kəsilməsinə və ciddi dağıntılara səbəb olub.
Təkcə Bohol şəhərində qubernator Artur Yapın səzlərinə görə, 49 nəfər həyatını itirib, 10 nəfərsə itkin düşüb.
Bütövlükdə, 780 min insanın təbii fəlakətdən zərər çəkdiyi bildirilib.
© “Anadolu”