240
04:04
19 12 2021
Rusiyada əsgər qızla mübahisə etdikdən sonra ağzını tikib
Rusiyada 19 yaşlı hərbçi qıza qarşı kobud sözlərə görə özünü cəzalandırmaq qərarına gəlib və ağzını tikib.
Bu barədə “Rise” “Telegram” kanalı rəsmi sənədlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə Çelyabinsk vilayətinin Çebarkul şəhərində baş verib.
Gənc çağırışçı sevgilisini qısqanıb və onun üstünə qışqırıb. O, mübahisədən sonra tualetə gedib və ağzını tikiş iynəsi ilə tikib.
İzahatda qeyd olunur ki, rotanın növbətçisi əsgərin daim maska taxdığını və susduğunu görüb. Üzündəki maskanı çıxaranda məlum olub ki, ağzı tikilib.
Tibbi hissədə çağırışçıya kömək göstərilib.
Hazırda onunla psixoloq işləyir.