190
23:20
17 12 2021
Fransada Yeni il gecəsi konserti və atəşfəşanlğı ləğv edildi
Fransa hakimiyyəti Yeni il ərəfəsində atəşfəşanlıq və konsertləri ləğv etmək qərarına gəlib.
Bu barədə Müdafiə Şurasının iclasından sonra baş nazir Jan Kasteks bildirib. İclasda ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə edilib.
Qeyd edək ki, Fransa hazırda COVID-19-un beşinci dalğasını yaşayır. Ötən gün ölkədə 63,5 minə yaxın yoluxma halı müəyyən edilib. Səlahiyyətli şəxslər yeni “Omikron” ştammının sürətlə yayılmasından narahatdırlar.
© TASS