Donbasda atəşkəs pozulub... Toqquşmalarda 1 Ukrayna əsgəri ölüb
Donbasda rusiyapərəst separatçıların hücumu nəticəsində bir ukraynalı əsgər ölüb, bir nəfər isə yaralanıb.
Ukraynanın şərqindəki Donbas bölgəsində ötən gün rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub, bir nəfər isə yaralanıb.
AA-nın verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada dünən separatçıların atəşkəsi 5 dəfə pozduğu bildirilib.
Açıqlamada separatçıların Donbasın Piski, Zolotoye-4, Travneve, Pavlopil və Novoluqanska bölgələrində atəş açdığı, hücumlar nəticəsində bir Ukrayna əsgərinin şəhid olduğu, bir əsgərin isə yaralandığı qeyd edilib.
Donbas böhranı
Ukraynanın paytaxtı Kiyevdə 2013-cü il noyabrın 21-də prezident Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) Assosiasiya sazişini imzalamamasından sonra nümayişlər başlayıb.
Yanukoviç 2014-cü ilin fevralında nümayişlər artdıqdan sonra ölkədən qaçdıqdan sonra ölkənin şərqindəki Donetsk və Luqansk şəhərlərində rusiyayönlü separatçılar qondarma müstəqilliklərini elan ediblər.
2014-cü ildən bəri separatçılarla Kiyev hökuməti arasında gedən qarşıdurmalarda 13 mindən çox insan həyatını itirib.