02:07
17 12 2021

İngiltərədə gündəlik rekord Covid-19 sayı

İngiltərədə gündəlik Covid-19 hadisələrinin rekord sayı
 
İngiltərədə koronavirus epidemiyasında son 24 saatda 78 min 610 hadisənin aşkarlanması ilə epidemiya başlayandan bəri ən yüksək gündəlik yoluxma sayı qeydə alınıb.


İngiltərədə koronovirus epidemiyasına yoluxanların sayında həyəcan verici artım davam edir. Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda ölkə üzrə 78 min 610 yoluxma aşkarlanıb və gündəlik yoluxma sayı rekord həddə çatıb. Epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halının qeydə alındığı İngiltərədə ümumi yoluxma sayı 11 milyon 10 min 286-ya yüksəlib. Əvvəlki rekord sayda hadisə yanvarın 8-də 68 min 53 hadisə ilə qeydə alınıb.

Son 24 saatda 165 nəfər ölüb

Son 24 saatda virus səbəbiylə 165 nəfərin ölümü ilə cəmi can itkisi 146 min 791 nəfərə yüksəldi. Səhiyyə Nazirliyi bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən peyvənd proqramı ilə 12 yaşdan yuxarı əhalinin 81,5 faizi tam peyvənd olunub, 43 faizinə isə 3-cü doza artırıcı vurulub.

Omicron hallarının sayı 10 mini keçib

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bu gün 4,671 Omicron hadisəsinin qeydə alındığını və ümumi balansın 10,17-yə çatdığını açıqladı.

İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) baş icraçı direktoru Amanda Pritchard qeyd edib ki, rekord sayda yoluxma ilə bağlı "hamı narahat olmalıdır".

NEWS FEED