NATO'nun 2022 hərbi büdcəsi 1 milyar 560 milyon avro müəyyən edildi
Brüssel
NATO-dan verilən yazılı açıqlamaya görə, NATO-nun kiber təhdidlərə uyğunlaşması səbəbindən mülki büdcə 2021-ci ilə nisbətən 8,9 faiz artaraq 289 milyon 100 min avroya yüksəldilib.
1 milyard 560 milyon avro olaraq təyin olunan hərbi büdcə keçən ilə nisbətən 3 faiz azalıb.
Əsas tikinti, komandanlıq və nəzarət sistemi investisiyalarını əhatə edən NATO Təhlükəsizlik İnvestisiya Proqramı (NSIP) 2022-ci il üçün maksimum 790 milyon avro təşkil edəcək.
Mülki büdcə mülki personal, əməliyyat xərcləri və mülki proqram xərcləri üçün vəsait təmin edir, hərbi büdcə isə NATO-nun qərargahının, proqramlarının, missiyalarının və dünya üzrə əməliyyatlarının əməliyyat xərclərini əhatə edir.
Üzv dövlətlər bu büdcələrə ümumi milli məhsula əsaslanan xərc bölgüsü düsturuna uyğun olaraq töhfə verirlər. NATO üzvlərinin ÜDM-də müdafiə xərclərinin ən azı 2 faizinin olmasını istəyir.
NATO-ya üzv ölkələrin müdafiə xərcləri 2020-ci ildə 1,1 trilyon dollara yüksəlmişdi.
© Anadolu Ajans