01:32
15 12 2021

BƏƏ F-35-lərdən imtina edir: Danışıqlar dayandırıldı

Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan beşinci nəsil F-35 qırıcıları və digər hərbi texnikanın əldə olunmasına dair danışıqları dayandırıb.
Qeyri-rəsmi məlumatlara görə, 23 milyard dollar dəyərindəki sazişin müzakirəsi ABŞ-ın ərəb ölkəsinə təzyiqləri nəticəsində yarımçıq qalıb.
Məlumata görə, son dörd il ərzində BƏƏ ölkənin yeni nəsil informasiya şəbəkələrinin qurulmasında Çinin “Huawei” şirkətilə əməkdaşlığı səbəbindən ABŞ tərəfindən ciddi təzyiqlərə məruz qalıb.
Okeanın o tayından yeni silahların və qırıcıların ərəb ölkəsinə təslimatı üçün bu əməkdaşlıqdan imtina edilməsi tələb olunub.

© “RİA Novosti”

NEWS FEED