00:30
26 11 2021

Əfqanıstanda mina partlayışı nəticəsində beş uşaq həlak olub

Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlayışı nəticəsində beş azyaşlı ölüb.

Regionun İnformasiya və Mədəniyyət İdarəsi rəisinin sözlərinə görə, hadisə vilayətin mərkəzi rayonlarından birində - Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan vilayətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olub, daha 5-i yaralanıb.

© "Aamaj News"

NEWS FEED