200
04:23
17 09 2021
Stefan Dujarrik: “BMT-nin hökumət başçılarından COVID-19 pasportu tələb etmək səlahiyyəti yoxdur”
Birləşmiş Millətlər Təşkilatı(BMT) Baş Assambleyanın yüksək səviyyəli iclaslarına qatılacaq dünya liderlərindən COVID-19 pasportunun tələb olunacağı xəbərini şərh edib.
Xatırladaq ki, sözügedən açıqlama ilə BMT-nin Baş katibi Antonio Quterreş çıxış etmişdi.
Lakin BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik sözügedən tələbin məcburi olmadığını vurğulayıb.
“BMT Baş katibinin nümayəndə heyətlərini nəyəsə məcbur etmək səlahiyyəti yoxdur”, - deyə Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
© Birləşmiş Millətlər Təşkilatının mətbuat xidməti