18:28
31 08 2021

Əhməd Məsud nə zaman silahı yerə qoyacağını açıqladı

Əfqanıstanda “Taliban”a qarşı müqavimət hərəkatının lideri Əhməd Məsud taliblərin inklüziv hökumət yaradıb, söz azadlığı və vətəndaşların bərabərhüquqlu yaşamasını təmin etməsindən sonra öz siyasi fəaliyyətini dayandıracağını açıqlayıb.
“Əgər taliblər hökuməti hər kəslə bölüşdürmək və ədaləti bərpa etmək istəsələr o zaman geri çəkiləcəm və siyasətdən gedəcəm”, - deyə Əhməd Məsud bildirib.
O, həmçinin xaricdən heç bir maliyyə dəstəyi almadığını qeyd edib.

© “Russian Today”

NEWS FEED