151
10:44
28 08 2021
ABŞ “Taliban”la əməkdaşlığı genişləndirəcək?
ABŞ hökuməti İŞİD terror qrupuna qarşı kəşfiyyat sahəsində “Taliban”la əməkdaşlığı genişləndirə bilər.
Bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford açıqlayıb.
1999-2003-cü illərdə Britaniyanın Bəhreyndəki səfiri, 2003-2006-cı illərdə Britaniyanın Suriyadakı səfiri olan Ford bildirib ki, bu, ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu bitəndən sonra baş verə bilər:
“31 avqustdan sonra ABŞ kəşfiyyatı ilə “Taliban” arasında İŞİD-ə qarşı mübarizədə gizli formada əməkdaşlığın güclənəcəyini gözləyirəm”.
Keçmiş səfirin sözlərinə görə, bu cür əməkdaşlıq 2019-cu ildə ABŞ ordusunun Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadini öldürməsinə bənzər “əməliyyata səbəb ola bilər”.
© “RİA Novosti”