16:26
21 08 2021

Avstraliyada karantin rejminə qarşı etiraz aksiyaları keçirilib

Avstraliyanın ən böyük şəhərləri olan Sidney və Melbrunda izolyasiyaya və sanitar məhdudiyyətlərə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Məlumata görə, toqquşmalar nəticəsində yüzlərlə şəxs həbs olunub, 7 polis zabiti xəstəxanaya yerləşdirilib.

Sidneydə 47 nəfər həbs olunub, daha 260 nəfər isə epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələnib.

Ştatın polis və fövqəladə xidmətlər naziri Devid Elliotun sözlərinə görə, Sidneydə keçirilmiş etirazlarda çox insan iştirak etməsə də, buaksiyalar yoluxma hallarının artmasına səbəb olacaq.

Xatırladaq ki, Avstraliyanın ən çox əhaliyə malik şəhəri olan Sidney şəhərində 2 aydan çoxdur ki, sərt karantin rejimi qüvvədədir.

Son gündə ölkədə qeydə alınmış 894 yoluxmadan çoxu detla ştamının episentri hesab olunan Sidneydə qeydə alınıb.
 
© Report

NEWS FEED