23:59
18 08 2021

Fransada meşə yanğınları: Ölənlər var

Fransanın cənub şərqində meydana çıxan meşə yanğınları zamanı iki nəfər həlak olub.
Bu barədə ölkənin Var departamentindən yayılan məlumatda bildirilib.
Həmçinin, təbii fəlakət nəticəsində 24 nəfərin xəsarət aldığı qeyd edilib.
Hazırda bölgədə yanğınların lokallaşdırılması üzrə lazımi işlər həyata keçirilir. Ölənlərin sayının artacağı istisna edilmir.

© “RİA Novosti”

NEWS FEED