18:08
18 08 2021

“Əfqanıstandan qaçqın qəbulu məsələsinə baxılmır”

"Qazaxıstanın Əfqanıstandan qaçqın qəbul etməsi məsələsi gündəlikdə deyil".

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda Əfqanıstandan qaçqın qəbul edilməsi məsələsinə baxılmır”, - XİN-dən bildirilib.

Qeyd edilib ki, Qazaxıstan Prezidenti Əfqanıstanda yaşayan 200-ə yaxın etnik qazaxın təxliyəsi ilə bağlı göstəriş verib.

© Report

NEWS FEED