354
17:42
29 04 2021
Bayden müttəfiqlərini İran və Şimali Koreya ilə mübarizəyə cəlb edəcək
ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Şimali Koreya və İranın nüvə proqramı ilə bağlı təhdidlər məsələsində müttəfiqləriylə sıx əməkdaşlığa hazırlaşdığını açıqlayıb.
Onun sözlərinə görə, İranın və Şimali Koreyanın nüvə proqramı Birləşmiş Ştatlar və dünyanın təhlükəsizliyi üçün ciddi təhlükə təşkil edir.
Co Bayden həmçinin Çin lideri Si Szinpinlə söhbəti barədə danışıb. O, söhbət zamanı rəqabəti alqışladığını və konflikt axtarmadığını, lakin bütün məsələlərdə ABŞ-ın maraqlarını qoruyacağını bildirib.
© Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.