17:48
29 04 2021

Qırğız xüsusi təyinatlıları Tacikistanın sərhəd postunu ələ keçirdi

Qırğızıstan Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.
Bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hər iki ölkə sərhədə əlavə qüvvələr cəmləşdirir.
Xatırladaq ki, bu gün Qırğızıstan ilə Tacikistanın dövlət sərhədində baş verən atışma nəticəsində 15 nəfər yaralanıb.

© TASS 

NEWS FEED