19:18
29 04 2021

Tacikistan-Qırğızıstan sərhədindəki atışmada şəhər meri yaralanıb

Tacikistanın İsfar şəhərinin meri Bəhovəddin Bahodurzadə Tacikistan-Qırğızıstan sərhədində baş verən atışmada çiyin nahiyəsindən yaralanıb.
Bu barədə şəhər merinin ofisi məlumat yayıb.
Məlumata əsasən, merin səhhəti stabildir. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu təxminən 980 kilometr təşkil edir.
Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında mübahisəli ərazi problemləri ortaya çıxıb. Bunun nəticəsində sərhəddə ara-sıra qarşıdurma yaranır.

© “RİA Novosti”

NEWS FEED