21:27
26 04 2021

Türkiyədə pandemiya səbəbindən tam qapanma tətbiq olunacaq

Türkiyədə koronavirus pandemiyası səbəbindən tam qapanma tətbiq olunacaq.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamaları zamanı bəyan edib.
Dövlət başçısı bildirib ki, aprelin 29-u saat 19:00-dan başlayaraq mayın 17-si saat 05:00-a qədər tam qapanma tətbiq olunacaq.
“DİN tərəfindən xüsusi icazə verilən şəxslər istisna olmaqla, bütün ofislər, iş yerləri bağlanacaq. Şəhərlərarası səyahətlər yalnız icazə əsasənda həyata keçiriləcək. İctimai nəqliyyat 50% gücü ilə çalışacaq”, - deyə Ərdoğan bildirib.

© Haber Global

NEWS FEED