Türkiyə diplomatik qalmaqala görə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi
Türkiyə hökumət İtaliyanın “Leonardo” (keçmiş “Finmeccanica”) hərbi-sənaye konsorsiumundan Hərbi Hava Qüvvələri üçün təlim helikopterlərinin alınması ilə müqaviləni dayandırıb.
“La Repubblica” qəzetinin bazar günü yazdığı məlumata görə, 70 milyon avro dəyərində müvafiq müqavilənin bu günlərdə imzalanması gözlənilirdi. Lakin Türkiyə tərəfi İtaliyanın Baş naziri Mario Draginin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına görə müqaviləni təxirə salıb .
Qəzetin yazdığına görə, AW169 maşınlarının köhnə “Agusta-Bell 206” modelini əvəz etməsi üçün imzalanmalı olan razılaşma İtaliya tərəfinə 150 milyon avroya qədər gəlir gətirə bilər. Nəşr iddia edir ki, İtaliyanın enerji sektoru da təhlükə altındadır. Ankaranın Romanın rəsmi şəkildə üzr istəməsi üçün u yolla təzyiq göstərməyə çalışdığı ehtimal olunur.