08:30
11 04 2021

Niderlandda dini qalmaqal: “Müsəlmanlar diri-diri yandırılmalıdır”

Niderlandın Almer şəhərində Ömər İbn Əl Xəttab Camisinə hədə-qorxu məktubu göndərilib.
“Müsəlmanlar günahkardır və diri-diri yandırılmalıdırlar. Bütün farslar və türklər ölkəni tərk etməlidirlər, yoxsa Auşvitzdəki yəhudilər kimi qazla boğulacaqlar. Yaşasın Zəfər. Adolf Hitler hələ yaşayır”, - deyə məktubda qeyd olunub.
Məktub camiyə gələnlərdə təşviş yaradıb.
Qeyd edilir ki, sözügedən cami son altı ildə üç dəfə hücuma məruz qalıb.

© “Haber7”

NEWS FEED