02:03
07 04 2021

“Apple” şirkətinin rəhbəri vəzifəsindən gedəcəyini açıqladı

“Apple” şirkətinin icraçı direktoru Tim Kuk bu vəzifədə daha 10 il qalacağına şübhə ilə yanaşıb.
Bu barədə o, göstərilən müddətdə “Apple”a rəhbərlik edib-etməyəcəyi sualını cavablandırarkən bildirib.
“Daha 10 il. Yəqin ki, yox”, - deyə icraçı direktor bildirib.
O əlavə edib ki, hazırda bu vəzifədən ayrılacağı konkret tarix hələ bilinmir.
Kuk “Apple” direktoru vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyi barədə heç bir fikri olmadığını qeyd edib.
“Bu şirkəti o qədər çox sevirəm ki, həyatımı onsuz təsəvvür etmək çətindir”, - deyə icraçı direktor vurğulayıb.

© The New York Times

NEWS FEED