19:46
25 03 2021

İngiltərədə hərbi təyyarə qəzaya uğradı

İngiltərənin qərbində təyyarə qəzası baş verib.
Hazırda hadisənin baş verdiyi Sent-Martins rayonuna xilasedicilər yollanıb. Yerli mətbuat orqanları qəzaya düşən “Hawk T1” tipli təyyarənin hərbi hava qüvvələrinə aid olduğunu bildirir.
Təyyarənin hər iki pilotu katapult etməyi bacarıb və sağ qalıb.
Faktla bağlı araşdırma başladılıb.

© RİA Novosti

NEWS FEED