12:11
21 03 2021

Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi

Gürcüstanın Belçika Krallığı və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Natalia Sabanadze vəzifəsini tərk edib.
Bu barədə O, "Facebook" səhifəsində yazıb.
N.Sabanadze bu vəzifələrdə səkkiz ilə yaxındır çalışdığını bildirib: “Bu, mənim üçün böyük şərəf və məsuliyyət olub. Bu gün bu səhifəni çevirməyin zamanı yetişib”.
Keçmiş səfir Gürcüstanın Avropa gələcəyinə inandığını qeyd edib.

NEWS FEED