08:35
21 03 2021

Polis Amsterdamda etirazçılara su şırnaqları ilə müdaxilə etdi

Niderlandın paytaxtı Amsterdamda polis koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərə etiraz edən şəxslərə su şırnaqları ilə müdaxilə edib.

Aksiyaya təxminən 250 nəfər qoşulub. Onlar Amsterdamın mərkəzindəki meydanda toplanıblar. Polis əvvəlcə onları aksiyaya son qoymağa çağırıb, bundan sonra isə aksiyanın dağıdılması üçün su şırnaqlarından istifadə olunub.

© RİA Novosti

NEWS FEED