295
15:40
31 01 2021
Emmanuel Makron: "Yarıhamilə olmaq qeyri-mümkündür"
Böyük Britaniya eyni zamanda həm ABŞ, həm də Avropa İttifaqının ən yaxşı müttəfiqi ola bilməz.
Bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib. O, krallığı xarici siyasət prioritetlərini müəyyən etməyə çağırıb.
“Əgər rəsmi London ABŞ-ın xeyrinə qərar qəbul etsə, o zaman Aİ ilə ticarət sahəsində qaydalar dəyişəcək. Yarıhamilə olmaq qeyri-mümkündür. Şəxsən mən ümumi ambisiyalar, ümumi taleyin tərəfdarıyam. Ümid edirəm ki, Boris Conson da, britaniyalılar da bu yolu görürlər. Biz müttəfiq olaraq qalırıq. Tarix və coğrafiya dəyişmir. Ona görə də, düşünürəm ki, Britaniya xalqının taleyi də, bizim taleyimizdən fərqlənmir”, - deyə Fransa prezidenti bildirib.
©The Guardian