10:11
31 01 2021

ABŞ prezidentindən Abramoviçə qarşı sanksiya tətbiq edilməsi istənildi

“Korrupsiyaya Qarşı Mübarizə Fondu” (ABŞ ədliyyə nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib – Red) ABŞ prezidenti Co Baydendən 35 nəfərə qarşı sanksiya tətbiq olunması ilə bağlı məktub göndərib.
Fondun tərtib etdiyi siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın olan 9 nəfərin, o cümlədən milyarder Roman Abramoviç və səhiyyə naziri Mixail Muraşkonun da adı var.
Fondun icraçı direktoru Vladimir Aşurkov bildirib ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının komandası da analoji məktubu Avropa İttifaqı və Böyük Britaniya hökumətinə göndərməyi planlaşdırır.
Məktubda prioritet şəxs - Abramoviçdir. Lakin milyarderin nümayəndəsi bildirib ki, məktubda irəli sürülən ittihamlar əsassızdır.

© CNN

NEWS FEED