04:40
31 01 2021

Müəllimləri daşıyan avtobus qəzaya düşdü: 10 ölü, 25 yaralı

Kubada müəllimləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 25 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus magistral yol üzərində olan körpüdən dərəyə yuvarlanıb.
Hazırda ağır qəzanın səbəbinin müəyyən edilməsi istiqamətində istintaq aparılır. 

© "Mayabeque" News Agency

NEWS FEED