255
23:47
30 01 2021
Ekvador prezidentinin olduğu təyyarə təcili eniş edib
Vaşinqtondan Ekvadorun paytaxtına qayıdan və göyərtəsində bu ölkənin prezidenti - Lenin Morenonun olduğu təyyarə texniki nasazlıq səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.
Bu barədə Ekvador Prezidenti yanında İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.
Rəsmi məlumatda qeyd olunur ki, Prezident Lenin Moreno və təyyarədə olan sərnişinlərin həyatına heç bir təhlükə yoxdur və onlar yaxın bir neçə saat ərzində Ekvadora qayıdacaqlar.
© RİA Novosti