13:00
30 01 2021

Qırğızıstan prezidentinin mətbuat katibi rüşvətə görə həbs edildi

Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Nurqazi Anarkulov rüşvət aldığına görə tutulub.
TASS bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat verib.
O, mövqeyindən sui-istifadə edərək aparıcı dövlət vəzifələrindən biri üçün müraciət edən şəxsdən külli miqdarda pul almaqda ittiham olunur.
Şübhəli barəsində Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “rüşvət alma” maddəsi ilə istintaq başladılıb.
Qeyd edək ki, Anarkulov keçən ilin payızında Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

NEWS FEED