16:14
29 01 2021

UEFA Çempionlar Liqasında islahatlar aparacaq: Beş klubla danışıqlar davam edir

Çempionlar Liqasının hazırkı formatı yaxın illərdə böyük dəyişikliklərə məruz qala bilər.
Vuna səbəb Avropanın top klublarının UEFA-dan asılı olmayacaq və onu əvəz edəcək yeni Superliqa turnirini təşkil etmək iddiasında olmasıdır.
Hələlik turnirdə konkret olaraq hansı dəyişikliklərin olacağı elan edilmir.
Hazırda UEFA prezidenti Aleksandr Çeferin beş klubla - “Real Madrid”, “Yuventus”, “Mançester Yunayted”, “Fənərbağça” və PSJ ilə danışıq aparır.

© AS Agency

NEWS FEED