04:30
28 01 2021

Messi İspaniya Kubokunda klub rekorduna imza atıb

"Barselona" futbol klubunun kapitanı və hücumçusu Lionel Messi İspaniya Kubokunun 1/8 finalının matçında iştirakı ilə klub rekorduna imza atıb.
Bu barədə klubun mətbuat xidməti bildirib.
Məlumata görə, bu, argentinalının ölkə kubokunda 76-cı matçı olub. Beləliklə, Messi "Barselona"nın sabiq hücumçusu Xosep Samiterin rekordunu üstələyib. Sonuncu klubun oyunlarında 75 yarışda iştirak edib.
“Barselona”nın bununla bağlı siyahısında həmçinin Andres İnyestanın (73 oyun), Visent Pyeranın (71) və yarımmüdafiəçi Xavinin (70) də adları var.
Xatırladaq ki, Messinin Katalon klubu ilə müqaviləsi bu ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı yayda Katalon klubundan getmək istədiyini etiraf edib.

NEWS FEED