245
01:42
28 01 2021
“Bavariya”nın baş məşqçisi klubu vaxtından əvvəl tərk edə bilər
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik müqavilə müddəti bitmədən Münhen klubunu tərk edə bilər.
Mənbə iddia edir ki, buna səbəb “Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummeniqqenin vəzifədən getməsidir.
Kluba rəhbərlik edən şəxslə Hansi Flik arasında yaxşı münasibətlər olub.
Xəbərdə Hansi Flikin klubdan getməsinin başqa bir səbəbi kimi onun Almaniya millisinin başına keçmə ehtimalı göstərilir.
Xatırladaq ki, H.Flik 2006-2014-cü illərdə Almaniya millisində Yoahim Lövün köməkçisi olub.
© Bild