233
22:03
26 01 2021
Olimpiya Oyunlarına Tokio əvəzinə Florida ev sahibliyi etmək istəyir
ABŞ-ın Florida ştatının Maliyyə İdarəsinin rəhbəri Cimmi Patronis Beynəlxalq Olimpiya Komitəsinə Olimpiya Oyunlarının Yaponiyada deyil, ABŞ-da keçirilməsi imkanını nəzərdən keçirməyi təklif edib.
Bu barədə ABŞ mətbuatı yazıb.
“Mən sizə 2021-ci il Olimpiya Oyunlarının Yaponiyanın Tokio şəhərindən ABŞ-a, daha dəqiq Floridaya köçürülməsinə çağırış etmək üçün yazıram”, - deyə C.Patronisin BOK rəhbəri Tomas Baxa məktubunda bildirilib.
C.Patronis qeyd edib ki, Florida bu cür böyük tədbiri keçirmək üçün imkanlara – inkişaf etmiş nəqliyyat sistemi və idman mərkəzlərinə sahibdir.
O, həmçinin hətta pandemiya dövründə belə ştat ərazisində idman tədbirlərinin keçirilməsinə icazə verildiyini vurğulayıb.