18:15
24 01 2021

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilib.
Turnir 1/8 final mərhələsi ilə başlayıb.
İlk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçı Bakıda oynanılıb.
“Səbail” öz meydanında birinci divizion komandası “Zaqatala”nı sınağa çəkib.
Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Aftandil Hacıyevin yetirmələri növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq. 1/4 final görüşləri fevralın 1-2 və 6-7-də keçiriləcək.
Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də baş tutacaq.
Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)

“Səbail” – “Zaqatala” - 3:2
Qollar:
Amil Yunanov, 26, (pen.), Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 - Roini İsmayılov, 31, 40

NEWS FEED