02:34
19 01 2021

“İnter”in adı və loqotipi dəyişdirilir

İtaliyanın “İnter” klubu mart ayında adını və loqotipini dəyişməyi planlaşdırır.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Qeyd olunur ki, klubun “Football Club Internazionale Milano на Inter Milano” olan adı “İnter Milano” olaraq dəyişdiriləcək.
Klubun loqotipi də dəyişərək “İ” və “M” hərflərindən ibarət olacaq. Yaxın aylarda “İnter”də daha böyük dəyişikliklərin ola biləcəyi də bildirilir.

NEWS FEED