14:38
17 01 2021

Fernando Torres "Atletiko"da baş məşqçi oldu

İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Fernando Torres Madrid klubuna qayıdıb.
Veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub.
Keçmiş forvard UEFA-nın PRO lisenziyasını almaq üçün 6 aylıq məcburi təcrübə müddəti keçir. 37 yaşlı mütəxəssis bunadək "Atletiko"nun akademiyasında məşqçi kimi çalışırdı.
Qeyd edək ki, Fernando Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Atletiko"dan başqa İtaliyada "Milan", İngiltərədə "Çelsi" və "Liverpul" komandalarının formasını geyinib.
© Marca

NEWS FEED