01:24
17 01 2021

Güləşçimiz Şərif Şərifov zədələnib

Azərbaycanın sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov zədələnib.
97 kq çəki dərəcəsində mübarizə aparan 33 yaşlı pəhləvan Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə problemlə üzləşib.
Qrup sistemi ilə gerçəkləşən mübarizədə əvvəlcə Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə 3:8 hesabı ilə uduzan Şərifov daha sonra Rumıniyadan olan Mixael Manyaya qalib gəlib - 11:0. Lakin bu qələbə təcrübəli güləşçiyə zədə bahasına başa gəlib. Nəticədə o, ABŞ pəhləvanı Kayl Snayderlə yarımfinal, Polşadan olan Radoslav Baranla isə bürünc medal görüşünə çıxa bilməyib.
Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya, 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda olimpiya və 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.

NEWS FEED