



Azərbaycanlı güləşçi erməni rəqibini böyük hesabla məğlub etdi
İlk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.
Rusiyalı soydaşımız finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb. Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan Eldəniz bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib.
55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (RUS) 1:9
Təsəlliverici görüş: Eldəniz Əzizli - Rudik Mkrtçyan (ARM) 9:0
Bürünc medal görüşü: Eldəniz Əzizli - Balbay Dordokov (KGZ)